"Keşlə" klubunda bütün futbolçular koronavirusdan sağalıb.
Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.
Son olaraq Miyuşko Boyoviç və Turan Vəlizadənin də testləri mənfi olub. Komandanın infeksiyaya yoluxan baş məşqçisi Yunis Hüseynov isə xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, "Keşlə" dekabrın 20-də Azərbaycan Premyer Liqasının XII turunda "Səbail"i qəbul edəcək.