Türkiyə Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, ötənlərin məşhur futbolçuları Rüştü Rəçbər və Hamit Altıntopun iştirakı ilə keçirilən püşkatmada cütlüklər müəyyənləşib.
Yoluna davam edən 16 komandadan 14-ü Super Liqa təmsilçiləridi. Aşağı liqa komandalarından "Adana Dəmirspor” "Sivasspor”la, "Tuzlaspor” isə "Başakşəhər”lə qarşılaşacaq.
Böyük klublardan "Fənərbağça” və "Beşiktaş” rəqiblərini öz meydanında qəbul edəcəksə, "Qalatasaray” səfər matçına çıxacaq.
Konyaspor - Qaziantep
Fənərbağça - Kasımpaşa
Beşiktaş - Rizəspor
Bursaspor - Antalyaspor
Sivasspor - Adana Dəmirspor
Yeni Malatyaspor - Qalatasaray
Alanyaspor - Ərzurumspor
Tuzlaspor - Başakşəhər
Bir oyundan ibarət olacaq mərhələnin görüşləri 2021-ci il 12-14 mart tarixlərində keçiriləcək.