Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, klubların heyətində koronavirusa kütləvi yoluxma ilə bağlı təxirə salınmış tur təqribən 3 həftəlik məcburi fasilədən sonra yenidən bərpa olunub.
"YAŞAT turu"nun ilk matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası doğma meydanda "Qarabağ"ı sınağa çəkib. Üç aydır Premyer Liqada uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirməyi bacarıb. Lakin son dəqiqələrdə qol buraxan Qurban Qurbanovun yetirmələri 1 xalla kifayətlənib.
Eyni saatda başlayan matçlarda "Zirə" "Sumqayıt"ı, "Keşlə" "Səbail"i qəbul edib.
"Qarabağ”la eyni sayda xal toplayan "Zirə” birinci pilləyə yüksəlmək şansını qaçırıb. "Sumqayıt”ı qəbul edən bakılılar iki dəfə hesabda geri düşməsinə baxmayaraq, yekunda 1 xala sevinməli olublar. Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv məğlubiyyətsiz oyunlar seriyasını 6-ya yüksəltsə də, bu, liderliyi ələ keçirmək üçün yetərli olmayıb. "Gənclik şəhəri” təmsilçisi isə 3 turdan sonra aktivinə xal yazdıra bilib.
Autsayder "Səbail” ondan cəmi 3 xal öndə olan "Keşlə” ilə üz-üzə gəlib. Baş məşqçilərin koronavirusa yoluxduğu üçün iştirak etmədikləri görüşdə "Səbail” erkən qollar sayəsində qələbə qazanaraq, nəinki son pillədən qurtulub, hətta 5-ci yerə qədər irəliləyib.
Tura Masazırda yekun vurulub. "Sabah" "Bank Respublika Arena"da "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. 18 xalı olan "ağ-qaralar" 3-cü pillədə qərarlaşıb. Visente Qomesin rəhbərlik etdiyi komanda isə 10 xalla axırdan 2-cidir.
Bu komandalar arasında indiyədək keçirilmiş 8 oyunun heç birində "Sabah" qələbə qazana bilməyib. Yalnız 1 görüş heç-heçə başa çatıb. Digər 7-də isə flaqman 3 xal əldə edib. "Neftçi" bu matçlarda 17 qol vurubsa, Masazır təmsilçisi cəmi 2 dəfə fərqlənib. "Neftçi” son üç oyunda qol buraxmayıb.
Premyer Liqa
2020/21 mövsümü
II dövrə, XII tur
20 dekabr
15.00 Qəbələ - Qarabağ 1:1
Qollar: Rafael Utriq, 83 - Filip Ozobiç, 51
Qırmızı vərəqə: Rövlan Muradov, 59
Qəbələ: 1. Anar Nəzirov (k), 14. Cavid Hüseynov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov. 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı. 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Donald Qerye, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu
Keşlə - Səbail 0:2
Qollar: Urfan Abbasov, 11. Əfran İsmayılov, 17
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 39. Elnur Süleymanov, 87. Tunar Mütəllimov, 97. Xəzər Mahmudov
Baş məşqçi: Zaur İsmayılov
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 8. Bəxtiyar Rəhmani, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Vüqar Məmməd
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASK Arena”
Zirə - Sumqayıt 2:2
Qollar: Ağabala Ramazanov, 56. Qismət Alıyev, 62 - Murad Xaçayev, 11. Rəhim Sadıxov, 57
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç. 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov. 13., Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Sumqayıt: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov (k), 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 9. Əli Qurbani, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev, 29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
17.15 Sabah - Neftçi 0:2
Qollar: Namiq Ələsgərov, 45+3-pen., 65
Sabah: 12. Alvaro Villete, 7. Coşqun Diniyev (k), 14. Slavik Alxasov, 46. Aleksey İsayev, 13. Filip İvanoviç, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev
6. Şakir Seyidov, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 8. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 29. Sabir Buqrin, 13. Prins İbara, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"Bank Respublika Arena”.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Neftçi |
12 |
6 |
3 |
3 |
13:13 |
21 |
2 |
Qarabağ |
11 |
5 |
5 |
1 |
28:8 |
20 |
3 |
Zirə |
12 |
5 |
5 |
2 |
14:11 |
20 |
4 |
Sumqayıt |
12 |
4 |
4 |
4 |
15:18 |
16 |
5 |
Səbail |
11 |
3 |
4 |
4 |
13:13 |
13 |
6 |
Keşlə |
12 |
3 |
4 |
5 |
12:18 |
13 |
7 |
Qəbələ |
12 |
2 |
6 |
4 |
10:19 |
12 |
8 |
Sabah |
12 |
3 |
1 |
8 |
11:16 |
10 |
Bombardirlər |
Namiq Ələsgərov ("Neftçi") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Əli Qurbani ("Sumqayıt") - 6 qol
Mahir Emreli ("Qarabağ") - 6 qol
Davit Volkov ("Zirə") - 4 qol
Rauf Əliyev ("Səbail") - 4 qol
Donald Qerye ("Qarabağ") - 4 qol
Ağabala Ramazanov ("Zirə") - 4 qol
|