İspaniya Sequndasında 19-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Mirandes”lə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.
oyuna start "11-lik"də başlayan İsrafilov 75-ci dəqiqədə əvəzlənib.
19 oyuna 14 xal yığan "Albasete” turnir cədvəlində 22 iştirakçı arasında sonuncudur.
Fanat.Az