Ötən mövsümün ikinci yarısında icarə əsasında "Beşiktaş"da çıxış edən, hazırda İtaliyanın "Monza" klubunda forma geyinən Kevin-Prins Boatenq model Melissa Sattadan boşanıb.
Fanat.Az xəbər verir ki, bu barədə model sosial mediada açıqlama verib.
"Bir müddət ayrı qaldıqdan sonra bir-birimizin vəziyyətinə hörmət edərək və soyuqqanlılığımızı qoruyaraq qalıcı olaraq bitirmək qərarına gəldik. Oğlumuz Maddoxun sağlam böyüməsi bizim üçün ən önəmli məqamdı. 9 il üçün təşəkkürlər" deyə Melissa Satta bildirib.
Eyni açıqlamanı Boatenq da öz sosial media hesabından yayıb.
Qeyd edək ki, Boatenq və Sattanın münasibətləri 2011-ci ildə başlayıb və 2014-cü ildə övladları dünyaya gəlib. Cütlük 2016-cı ildə evlənib.