"Real" əsrin transfer bombalarını partladır.
Fanat.Az xəbər verir ki, bu barədə ispan jrunalist Alvaro Montero "Sky Sports"a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, "Kral Klubu" Dortmund "Borussiya"sından Erlinq Holand və PSJ-dən Kilian Mbappeni heyətinə qatmağa hazırlaşır.
Məhəmməd Salahın "Real"a mümkün transferi ilə bağlı danışan Montero misirli ulduzun bu yaxınlarda verdiyi "Məncə, "Barselona" və "Real" ən yaxşı iki klubdu" açıqlamasını şərh edib: "Real" Salahı transfer etməyəcək. Prezident Florentino Peres Holand və Kilian Mbappeni transfer etmək istəyir. İki gün öncə klubun illik toplantısı keçilirdi. Orda bildirildi ki, koronavirus pandemiyası səbəbindən "Real" 107 milyon avro itirib və vergilər ödənildikdən sonra ili cəmi 313 min avro gəlirlə bitirəcəklər. Klubun büdcəsinin 800-850 milyon avro olduğunu nəzərə alsaq, bu çox kiçik məbləğdi. Bu səbəbdən "Real"ın qışda transfer etməyəcəyi dəqiqdi. Bəs gələn yay nələr olacaq? Florentino Peres Erlinq Holand və Kilian Mbappenin transferində israr edir. Bu oyunçuların keçidi böyük ehtimalla, gələn yay bitəcək".