"Yuventus" "Seltik"in hücumçusu Odsonn Eduardı transfer etmək istəyir.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, baş məşqçi Andrea Pirlo fransalı oyunçunun hücum xəttində uğurlu rəqabət yaradacağına əmindir.
Mənbə 22 yaşlı forvardın 15-20 milyon avro qarşılığında Turin klubuna transfer edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Eduardla Paris təmsilçisi PSJ də maraqlanır.
Fanat.Az