"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən İsrailin "Makkabi" (Təl-Əviv) komandası baş məşqçisi Yorqos Donislə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssisin istefaya göndərilmə səbəbi açıqlanmayıb. Təl-Əviv təmsilçisi Donislə yanaşı onun köməkçiləri ilə də vidalaşıb.
Qeyd edək ki, "Makkabi" Avropa Liqasında I qrupunu 11 xalla ikinci pillədə bitirib və 1/16 finala yüksəlib. "Qarabağ" 1 xalla 4-cü ola bilib.
Fanat.Az