"Mançester Yunayted"in sabiq kapitanı Qari Nevill "qırmızı şeytanlar"ın əvəzolunmaz oyunçularından danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" klubun əfsanələrindən sayılan keçmiş müdafiəçinin sözlərini belə çatdırıb:
"Brunu Fernandeş və Qari Maquayr indiki heyətin əvəzolunmaz oyunçularıdır. Onlarsız komanda fərqli görünərdi. Hər iksi MY-nin güvəndiyi oyun tərzinin əsas fiqurlarıdır".
Qeyd edək ki, 26 xal toplayan MY Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə mövqe tutub.
Fanat.Az