"The Guardian" nəşri "İlin ən yaxşı"larını seçib.
Fanat.Az xəbər verir ki, nəşrin versiyasına əsasən, "Bavariya"nın futbolçusu Robert Levandovski 2020-ci ilin ən yaxşı oyunçusu seçilib.
"Barselona"nın hücumçusu Lionel Messi 2-ci, "Yuventus"un ulduzu Kriştianu Ronaldu isə 3-cü olub.
Qeyd edək ki, UEFA və FİFA-nın versiyalarına görə də Levandovski ilin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az