Azərbaycanlı futbolçu Azər Əliyevin şərəfini qoruduğu "Ufa"nın idarə heyətinin sədri Rostislav Murzaqulov klubun satılmasıyla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, o, "Matç TV"yə açıqlamasında belə deyib:
"Red Bull" və "Mançester Siti" təmsilçiləri ilə real görüşlər və danışıqlar olub. İndi danışıqlar məlum səbəbdən dayandırılıb. İstəyərdim ki, planımız həyata keçsin. Bizim ölkəmizdə düzgün kommersiya işi qurmaq əməlli-başlı başağrıdır. Dövlət və dövləti təmsil edən sponsor şirkətlərin alqı-satqı məsələsinə qarışmaması çox vacibdir. Əlbəttə, danışıqlar davam etdirilsə, klub satılacaq. Hərçənd ölkə rəhbərliyinin öz arzuları var. "Ufa"nın sosial yük daşımasını - akademiasını inkişaf etdirməsini və uşaqlar yetişdirməsini istəyirlər. Danışıqlar zamanı bu məqamlarla bağlı ortaq məxrəcə gəlsək, hər şey realdır".
Qeyd edək ki, Azər Əliyev 2018-ci ildən "Ufa"da çıxış edir.
Fanat.Az