Belarus millisinin sabiq futbolçusu Maksim Sıqalko vəfat edib.
Fanat.Az xəbər verir ki, veteran hücumçu 37 yaşında dünyasını dəyişib.
Karyerasının ən parlaq dövrünü Minsk "Dinamo”sunda keçirmiş forvard 2001-2006-cı illərdə paytaxt klubunun formasını geyinib. O, 2004-cü ildə Belarus çempionu, 2002/03 mövsümündə ölkə kubokunun qalibi olub.
Milli komandaya cəlb olunduğu 2003-cü ildə 2 oyunda 1 qol vuran Sıqalko vətənində "Naftan” və "Savit”, Qazaxıstanda "Kaysar”, Ermənistanda "Banants”da çıxış edib. Maksim karyerasını zədələr üzündən 26 yaşında "Savit”də bitirib.