Rusiyanın "Ufa" klubu əslən azərbaycanlı futbolçusu Azər Əliyevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Başqırdıstan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, bu mövsüm Əliyev Rusiya Premyer Liqasında 15 oyuna 1 qol vurub. O, "Ufa"ya 2018-ci ildə "Krılya Sovetov"dan keçib.
Fanat.Az