"Mançester Yunayted” klubu futbolçusu Cessi Linqardla bağlı qərarını dəyişib.
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub 28 yaşlı futbolçunun müqaviləsinin müddətini daha bir il uzadacaq.
"Qırmızı şeytanlar” futbolçunun transferindən müəyyən məbləğ qazanmaq üçün bu addımı atacaq. Linqardın müqaviləsi cari mövsümün sonunda başa çatır. O, qış transfer pəncərəsi dövründə istədiyi klubla danışıq apara və yayda azad agent olaraq keçə bilər. Klub bunun baş verməməsi üçün onun müqaviləsindəki bənddən istifadə edəcək.
Daha əvvəl "Mançester Yunayted”in ingiltərəli futbolçunu icarəyə göndərmək istədiyi deyilirdi.
Linqard 2012-ci ildən "Mançester Yunayted”in şərəfini qoruyur.
Fanat.Az