"Xetafe" bu qış "Real"ın yarımmüdafiəçisi Takefusa Kubonu və "Barselona"nın oyunçusu Karles Alenyanı icarəyə götürmək istəyir.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, sözügedən İspaniya nəhəngləri oyunçularını "Xetafe"yə göndərməyin əleyhinə deyil. Keçidlərin baş tutması üçün futbolçuların da şəxsi razılığı olmalıdır. Tərəflər danışıqları davam etdirir.
22 yaşlı Alenya bu mövsüm "Barsa" formasıyla iki oyunda sonradan meydana çıxıb.
"Vilyarreal"da icarədə olan Kubo bu komandada 13 matç keçirib.
Fanat.Az