"Real”ın zədəli futbolçusu Rodriqonun son durumu məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
İspaniya La Liqasının XV turunda "Qranada" ilə matçda zədələnən braziliyalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb.
Onun 3 ay yaşıl meydanlardan uzaq qalacağı qeyd olunub.
Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm La Liqada 11 oyunda 4 qolun ötürməsini verib.
Fanat.Az