Fransa çempionatında noyabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, bu ada "Monpelye”nin futbolçusu Endi Delort layiq görülüb. O, "Monako”dan Kevin Folland və "Brest”dən İrvin Kardonanı qabaqlayıb.
Qeyd edək ki, Delort noyabr ayında 4 oyunda 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.
Fanat.Az