"Yuventus"un ulduz futbolçusu Kriştianu Ronaldo Milad bayramını Dubayda keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Italia” məlumat yayıb.
Koronavirus pandemiyası fonunda ağır vəziyyətə baxmayaraq, Turin klubunun rəhbərliyi portuqaliyalının İtaliyanın hüdudlarını tərk etməsinə razılıq verib. Ronaldonun ardınca xaricdə belə məzuniyyət keçirmək ideyası "Yuventus”un daha bir neçə oyunçusunda yaranıb.
Qeyd edilir ki, portuqaliyalının bu qərarı İtaliyada bir çox müzakirələrə səbəb olub. Ancaq Kriştianu qayıdışından sonra karantin müddətini keçməli olacaq.
Xatırladaq ki, oktyabrda 35 yaşlı hücumçu koronavirusa yoluxmaya görə 19 gün karantində olub.
Kriştianu Ronaldo cari mövsümdə "Yuventus"un heyətində bütün yarışlarda 14 görüş keçirib və 16 qol vurub, 1 məhsuldar ötürmə edib.
Fanat.Az