"Fənərbağça”nın heyətində növbəti dəfə koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, aparılan testlər nəticəsində 3 futbolçunun virusa yoluxduğu bəlli olub.
Adları açıqlanmayan futbolçular karantinə alınıblar.
Qeyd edək ki, "Fənərbağça” Türkiyə Superliqasının 15-ci turunda istirahət edir. Komanda növbəti matçını yanvarın 4-də "Kasımpaşa”ya qarşı keçirəcək.
Fanat.Az