"Real” qış transfer pəncərəsində heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi Braziliyanın "Qremio” klubundan Pepe Kossanı almaq istəyir. "Kral Klubu” 23 yaşlı futbolçuya görə qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır. Bu həftə "Real”ın skautlarının oyunçunun çıxışını izləyəcəyi bildirilib.
Qeyd edək ki, Kossa 2017-ci ildən "Qremio”da forma geyinir. O, son mövsümdə oynadığı 36 matçda 12 qol vurub və 8 məhsuldar ötürmə edib.