İngiltərə Premyer Liqasının XV turu "Mançester Yunayted” üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki,
"qırmızı şeytanlar” "Lester”lə matçda rekorda imza atıblar.
2:2 hesabı ilə bitən matçda Ole Qunnar Sulşerin komandası ardıcıl 11 səfər oyununda azı 2 qol vurmağı bacarıb. Bu, çempionat üçün rekord göstərici hesab edilir.
Qeyd edək ki, "Mançester Yunayted” turnir cədvəlində 27 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az