PSJ-nin ulduzu Neymar daha bir qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz koronavirus pandemiyası səbəbindən tətbiq olunan qadağalara rəğmən 5 gün davam edən əyləncə məclisi təşkil edib. Tədbirə ümumilikdə 500 nəfər qatılıb.
Əyləncə məclisi yoluxmanın ən çox qeydə alındığı ölkələrdən biri olan Braziliyada keçirilib. Öz villası təmirdə olan Neymar məclis üçün səs izolasiyası olan və içərisində diskoteka yerləşən malikanə kirayələyib. Mərasimə braziliyalı futbolçunun ailəsi və bir çox məşhur sima qatılıb.