İngiltərənin "Mançester Siti" klubunun daha iki oyunu təxirə salına bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.
Xəbərə görə, 7 futbolçusu koronavirusa yoluxduğu üçün "Everton"la Premyer Liqa matçı təxirə salınan klubun "Çelsi" və "Mançester Yunayted"lə görüşləri də sual altına düşüb.
Çünki növbəti test zamanı klubun əməkdaşlarından hər hansı birində virus aşkarlanarsa, komandaya məşq etmək üçün icazə verilməyə bilər.
Bu qarşılaşmaların birincisi (3 yanvar) çempionatda, ikincisi (6 yanvar) isə Liqa Kubokunda keçirilməlidir.
Qeyd edək ki, 14 oyundan 26 xal toplayan "Mançester Siti" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol