Türkiyə Superliqasında 15-ci tur yekunlaşıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə 1 görüş keçirilib.
"Antalyaspor" öz meydanında "Hatayspor”u qəbul edib. Qonaqlar səfər matçında 6 cavabsız qolla qalib gəlib. Hataylıların heyətində Aron Salem Bupendza pokerə imza atıb.
Qeyd edək ki, növbəti turun oyunları 2021-ci il yanvarın 2-4-də keçiriləcək.
29 dekabr
Türkiyə Superliqası
15-ci tur
"Antalyaspor” – "Hatayspor” – 0:6
Qollar: Bupendza, 8, 17, 21, 45, David, 35, Aydın, 90
Bu nəticədən sonra "Hatayspor" 24 xalla 6-cı, "Antalyaspor" 17 xalla 15-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol