"İnter"in hücumçusu Romelu Lukaku özünü dünyanın ən yaxşı hücumçularından biri saydığını deyib.
Fanat.Az xəbər verir ki, "Voetbal Magazine" onun söylədiklərini belə çatdırıb:
"Meydana çıxanda yalnız qələbə qazanmaq istəyirəm. Bu, İtaliyada hər şey dmeəkdir. İtaliya və İngiltərə futbolu arasında böyük fərq var. Burda öz işimə daha yaxşı köklənirəm. Son beş ayı götürsək, dünyanın beş ən yaxşı hücumçusundan biriyəm".
27 yaşlı Lukaku 2020/21 mövsümündə "İnter"in formasıyla çıxdığı 18 matçda 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol