"Vilyarreal" "Uotford"un yarımmüdafiəçisi Etyen Kapunu transfer edib.
Fanat.Az xəbər verir ki, İspaniya klubu yeni oyunçu alması barədə rəsmi saytı vasitəsi ilə məlumat verib.
Kapu 2023-cü ilin iyununa qədər sarı formanı geyinəcək. Fransalı orta xətt oyunçusu sabah yeni komandasının məşqlərinə qoşulacaq.
"Tuluza"nın yetirməsi olan Etyen "Uotford"a 2015-ci ildə "Tottenhem"dən gəlib. O, 5,5 mövsüm çıxış etdiyi son klubunda 181 oyun keçirib.
Fanat.Az