Yapon yarımmüdafiəçi Keysuke Honda Braziliyanın "Botafoqo" klubunu tərk edib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu "Twitter" hesabında belə yazıb:
"Komandaya yaxşı nəticə qazandıra bilmədiyim üçün mənə yönələn tənqidləri qəbul edirəm. Tənqid olunmaq təbii haldır. Üzüntülərə qərq etdiyim üçün üzr istəyirəm. Özüm də pərişanam".
2008-2018-ci illər aralığında Yaponiya millisinə çağırılan Honda bu mövsüm "Botafoqo" formasıyla 27 oyuna çıxaraq 3 qol vurub.
Fanat.Az