"Yuventus"un hücumçusu Kriştianu Ronaldu 2020-ci ildə "Böyük beşlik" ölkərinin bombardiri olub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu bu il A Seriyasında 33 qol vurub.
"Bavariya"nın hücumçusu Robert Levandovski 32 qolla 2-ci, "Latsio"nın forvardı Çiro İmmobile 28 qolla 3-cüdü.
Məhəmməd Salah ("Liverpul") və Erlinq Holand ("Borussiya, Dortmund) isə 23 xalla 4-5-ci yerləri bölüşürlər.
Xatırladaq ki, Ronaldu "Globe Soccer"in versiyasına görə əsrin futbolçusu seçilib. Levandovski isə ilin futbolçusu adına layiq görülüb.