15:50 31.12.2020 793

Güləşçilərimiz bu il 44 medal qazanıb

Azərbaycan Güləş Federasiyası 2020-ci il üçün hesabatını təqdim edib.
 
Fanat.Az xəbər verir ki hesabatda bu il qazanılan uğurlar, medalların sayı, o cümlədən gələcək planlarla bağlı məlumat da yer alıb.

"Başa çatmaq üzrə olan 2020-ci ildə COVİD-19 virusunun bütün dünyada geniş yayılması əksər idman yarışlarının təxirə salınması və ləğv olunması ilə nəticələndi. O cümlədən lisenziya yarışları və Tokio Olimpiadası gələn ilə təxirə salındı.
 
2020-ci ildə pandemiya ilə əlaqədar olaraq güləşçilərimiz cəmi 6 beynəlxalq yarışda iştirak edə bildi. Ümumilikdə qazancımız 44 medal oldu. Bunların da 22-si qızıl, 10-u gümüş və 22-si bürünc medal idi. Sərbəst güləşdə 18 (4 qızıl, 5 gümüş, 9 bürünc), yunan-Roma güləşində 16 (6 qızıl, 3 gümüş, 7 bürünc), qadın güləşində isə 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal əldə edildi. 
 
Sözsüz ki, ilin əsas uğuru fevralda İtaliyada keçirilən Avropa çempionatında qeydə alındı. Romada keçirilən qitə birinciliyində 6 medal (2 qızıl, 4 bürünc) qazanan klassik güləşçilərimiz rekord nəticəyə imza atdı. Komanda hesabında Avropa ikincisi olan millimizin bu uğuru ölkə başçısı, cənab prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyevanın da diqqətindən yayınmadı. Onlar güləşçiləri və məşqçiləri bu uğura görə təbrik etdi. Onu da qeyd edək ki, həmin yarışda 1 gümüş və 4 bürünc medal qazanan sərbəst güləş yığmamız da Avropa ikincisi oldu. 
 
Əlbəttə, Azərbaycan və xalqımız üçün 2020 yaddaqalan il oldu. Çünki məhz bu il müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən müharibə nəticəsində işğal altında olan torpaqlarımız azad olundu və ərazi bütövlüyümüz bərpa edildi. Bu yolda canını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Ümid edirik ki, tezliklə azad olan şəhər və rayonlarımızda bütün infrastruktur bərpa ediləcək, eləcə də güləş zalları açılacaq.
 
Qarşıdan Olimpiada ili olan 2021 gəlir. Arzu edirik ki, Tokiodakı yarış Azərbaycan idmançıları üçün rekord uğurlarla əlamətdar olsun. Xalqımıza 2021-də firavanlıq və səadət arzulayır, Həmrəylik Günü münasibəti ilə təbrik edirik.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

Facebookdan bizi izləməyi unutmayın.
X