"Napoli"nin hücumçusu Viktor Osimhen koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı nigerliyalı hücumçunun testi müsbət nəticələnib.
Forvard komandanın digər üzvləri ilə təmasda olmayıb və karantinə alınıb.
Qeyd edək ki, Viktor Osimhen bu ilin yayında Fransanın "Lill" klubundan "Napoli"yə keçib.
Fanat.Az