"Barselona"nın prezidentliyinə namizədlərdən olan Emili Russo Kataloniya təmsilçisinin superulduzu Lionel Messiyə nə deyəcəyini açıqlayıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Russo belə danışıb:
"Lionelin gözlərinə baxacam və deyəcəm: "Sənin indiki maaşın çox yüksəkdir, klub onu ödəyə bilmir. İndi isə icazə ver hazırladığımız idman layihəsindən danışaq. Biz səni gənc istedadlarla əhatəyə almağa hazırlaşırıq".
Messi getmək istəyirdi? Hə, elədi. Bunun səbəbi idman layihəsinin yoxluğu idi".
"Barselona"da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.
Fanat.Az