"Atletiko”nun futbolçusu Kiran Trippyerin cəzası dondurulub.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic” yayıb.
Xəbərdə, İngiltərə Futbol Assosiasiyasının (FA) 10 oyunluq diskvalifikasiya etdiyi müdafiəçinin cəriməsinin FİFA tərəfindən dondurulduğu bildirilib.
Trippyer "Tottenhem”dən Madrid təmsilçisinə keçərkən mərc qaydalarını pozduğu üçün 10 oyunluq diskvalifikasiya edilmişdi. "Atletiko” bir müddət əvvəl bu cəzanın futbolçunun İngiltərə yığmasındakı və ya Premyer Liqadakı matçlarına şamil edilməsi üçün FİFA-ya müraciət ünvanlamışdı.
Trippyer "Atletiko”ya 2019-cu ilin yayında transfer olunub.
Fanat.Az