Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, komanda XIV turun oyunları çərçivəsində doğma meydanda "Braunşveyq”lə qarşılaşıb.
Görüşdə Aue təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
Ehtiyat oyunçular sırasında yer alan Nazarov 58-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, 14 turdan sonra 22 xala malik "Ersgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Fanat.Az