İtaliya A Seriyasında çıxış edən "Spetsiya” və "Benevento” klublarında koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubların mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, "Spetsiya” komandasının iki futbolçusu Matteo Riççi və Cennaro Akampora, "Benevento” klubunun isə üç üzvü - iki tibb işçisi və baş məşqçi Filippo İnzaqinin bir köməkçisinin testinin cavabı müsbət çıxıb. Onlar dərhal karantinə alınıblar.
Fanat.Az