"Yuventus” Nikola Rovellanın transferini razılaşdırıb.
Fanat.Az xəbər verir ki, "Cenoa”nın yarımmüdafiəçi yalnız mövsümün sonunda yeni klubuna qoşulacaq. O, bu müddətdə də Genuya təmsilçisində çıxış edəcək. Anlaşmaya əsasən, Rovella mövsümün sonunadək indiki komandasında icarədə olacaq.
Transferin dəyəri açıqlanmır.
Qeyd edək ki, Nikola Rovella "Cenoa"nın yetirməsidi. 19 yaşlı futbolçu cari mövsümdə 9 rəsmi oyuna çıxıb.