Yan-Morits Lixtenlə yolları ayıran "Maynts”ın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı 41 yaşlı Bo Svensson çalışdaracaq. Danimarkalı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Svensson 2015-2019-cu illər aralığında "Maynts”da işləyib.
Qeyd edək ki, "Maynts” Bundesliqada 66 xalla 18 komanda arasında 17-ci sıradadır.
Fanat.Az