"Kamilo və Ozkaçaru kimi az oynayan futbolçuların özlərinə bu qış yeni klub tapması yaxşı olar. Amma əsas heyəti qorumaq əsas hədəfimizdir".
Fanat.Az xəbər verir ki, bunu foot01.com-a açıqlamasında "Lion"un baş məşqçisi Rudi Qarsiya deyib.
Qarsiya yayda "Barselona"ya keçidi son anda alınmayan Memfis Depayın bu qış heç yerə getməyəcəyini də söyləyib: "Narahat deyiləm və Depayı itirəcəyimizi düşünmürəm. Onun klubuyla müqaviləsi var. Yaya qədər "Lion"a məxsusdursa, deməli, ciddi təhlükə yoxdur".
Qeyd edək ki, daha öncə "Lion"un müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq Depayı 5 milyon avroya satmağa hazır olduğu barədə məlumatlar yayılmışdı.
Fanat.Az