"Trabzonspor” yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Super Liqa təmsilçisi "Gənclərbirliyi”nin yarımmüdafiəçisi Berat Özdemiri rənglərin bağlayıb.
22 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. O, Trabzon təmsilçisinin heyətində 2020/21 mövsümündə 2 milyon 500 min lirə, 2021/22 mövsümündə 5 milyon lirə qazanacaq.
Qeyd edək ki, "Trabzonspor” bu transferə görə "Gənclərbirliyi”nə 2,5 milyon avro ödəyəcək.
Fanat.Az