"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Football.London” məlumat yayıb.
Xəbərə görə, türk əsilli alman futbolçu MLS liqasında çıxış edən "Di Si Yunayted"lə danışıqlar aparır.
Amerika klubu 32 yaşlı yarımmüdafiəçiyə cəzbedici maliyyə şərtləri təklif edir. "Di Si Yunayted” yüksək maaşdan başqa, futbolçuya onun M10 markasının inkişafına da kömək etməyə hazırdır.
Ozil İngiltərə Premyer Liqası mövsümünün birinci hissəsində "Arsenal"ın iştirak ərizəsinə daxil edilməyib. Son həftələr türk əsilli futbolçu əsas heyətdən ayrı məşq edib.
Özilin "Arsenal"la müqaviləsinin müddəti iyunda başa çatır. Yarımmüdafiəçinin həftəlik maaşı demək olar, 395 min avro təşkil edir.
Qeyd edək ki, Ozil "Arsenal"da 2013-cü ildən çıxış edir. O, 2020-ci martından "topçular"ın heyətində oynamayıb.
Fanat.Az