14:32 06.01.2021 804

"Hücumameylli futbolçu axtarırıq" - "Qəbələ"nin prezidenti

"Komanda son oyunlarda doğrudan da çox yaxşı təsir bağışladı. İnanmaq istəyirəm ki, qış fasiləsindən sonra da eyni qaydada davam edərik".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov komandanın qış fasiləsinədək olan çıxışı barədə danışarkən deyib.

Funksionerin sözlərinə görə, müharibədə olarkən nadir hallarda komandası ilə maraqlana bilib: "Yalnız telefon işlədə bildiyim nadir hallarda xəbərləri oxuyub məlumat alırdım. İmkan olanda klubun baş meneceri Zaur Əzizovla əlaqə saxlayırdım. Amma ümumi ab-havadan xəbərim var idi. Bilirdim ki, uşaqlar yoxluğumu hiss etdirməməyə çalışırlar".

F.Nəcəfov nigeriyalı hücumçu Ceyms Adeniyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, belə bir futbolçunun komandada qalmasını istədiyini bildirib: "Özü də qalmaq istəyər. Sadəcə, büdcəmiz buna imkan vermir. Bəzi komandalardan təkliflər var. Müzakirələr davam edir. Futbolçunun özü də həmin klublardan birinə getməyi istəməlidir. Hələ ki, gözləyirik".

Klub prezidenti Adeniyi üçün gələn təkliflərin ölkə xaricindən olduğunu söyləyib: "Eşitdiyimizə görə, yerli klublardan da maraqlananlar var. Amma rəsmi təklif yoxdur".

Nəcəfov qış fasiləsində ən azı bir yeni transfer etmək istədiklərini vurğulayıb: "Baş məşqçi ilə danışmışıq. Bilirsiniz ki, Rodriqo Qattas da komandanı tərk edib. Adeniyinin gedişindən sonra mütləq şəkildə bir futbolçu götürmək ehtiyacı yaranacaq. Hücumameylli futbolçu axtarırıq".

O, mövsümün əvvəlində "Qəbələ"nin qarşısına qoyulan məqsədin dəyişməz olaraq qaldığını deyib: "Maksimum nəyə gücümüz çatırsa, onu da etməyə çalışacağıq. Yaxşı oyun göstərmək, akademiyadan istedadlı futbolçuları üzə çıxarmaq istəyirik. Avrokuboklara vəsiqə qazanmaq şansımız varsa, bundan istifadə etməyə çalışacağıq".

Nəcəfov komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə mümkün büdcə artımının olub-olmayacağı ilə bağlı suala isə bu cür cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Gərək, nəsə olsun ki, ətraflı danışaq. Hazırda heç bir təklif yoxdur". (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X