Qış fasiləsində heyətini gücləndirməyə çalışan "Neftçi”nin maraq dairəsinə düşən daha bir futbolçunun adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Bakı klubu sabiq futbolçusu Samir Məsimovu qaytarmaq fikrinə düşüb.
Ön xəttə bir neçə oyunçu cəlb edərək baş məşqçiyə geniş seçim imkanı yaratmaq istəyən rəhbərlik Məsimova alternativ variant gözündə baxır. "Sumqayıt”ın qolçusu Əli Qurbaninin yüksək maaş tələbi səbəbindən onunla danışıqlar dayandırılıb.
Hücumun mərkəzinə axtarışını davam etdirən flaqman vinger mövqeyinə ucuz ehtiyat qüvvə gətirmək istəyir ki, hazırda Rusiyanın birinci liqasında "Olimp-Dolqoprudnu” klubunun formasını geyinən 26 yaşlı Samir da bu kateqoriyaya uyğundur. Yeganə problem U-21 yığmamızın sabiq üzvünün klubu ilə müqavilə müddətinin mövsümün sonuna qədər davam etməsidir.
Qeyd edək ki, Moskva "Lokomotiv”inin yetirməsi olan Samir Məsimov 2014-cü ilin yanvarında keçdiyi "Neftçi”də 2 il çıxış edib. O, ölkəmizdə həmçinin AZAL və "Keşlə”nin formasını geyinib. (Apasport.az)
Fanat.Az