İtaliyanın "Parma” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Roberto D`Aversa təyin olunub. 45 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Roberto D`Aversa 2016-cı ildən 2020-ci ilin əvvəllərinədək bu komandanı çalışdırıb. 2020-ci ilin avqustunda onu Fabio Liverani əvəzləmişdi. Bu gün Fabio Liverani ilə yollarını ayıran "Parma" rəhbərliyi yenidən 45 yaşlı mütəxəssislə anlaşıb.
Qeyd edək ki, "Parma" A Seriyasında 12 xalla 17-ci pillədə qərarlaşıb.