2020-ci ildə penaltidən ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Transfermarkt.de" saytı məlumat yayıb.
Siyahıya "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı ulduz 17 dəfə onbirmetrlik zərbədən rəqib qapıçıları məyus edib.
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş 15 qolla ikinci, İtaliya "Latsio"sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.
İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol