"Real”ın Zinəddin Zidanın varisini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, "Kral Klubu" hazırda komandaya başçılıq edən fransalı mütəxəssisdən sonra bu posta klubun əfsanəsi Raulu gətirməyi planlaşdırır.
Klub rəhbərliyi hazırda ikinci komandaya rəhbərlik edən öz yetirməsinə güvənmək qərarına gəlib. Digər namizəd Maurisio Poçettino PSJ ilə müqavilə imzaladıqdan sonra Raul madridlilərin siyahısında yeganə məşqçidi.
Qeyd edək ki, Raul 2019-cu ildən "Real”ın ikinci komandasını çalışdırır. O, yetirmələri ilə UEFA Gənclər Liqasının qalibi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol