İspaniyanın "Albasete" klubunda çıxış edən milli futbolçumuz Eddi İsrafilov azarkeşlərin tənqidinə tuş gəlib.
Fanat.Az xəbər verir ki, onlar tvitterdə 28 yaşlı yarımmüfiəçinin çıxışından razı qalmadıqlarını bildirib.
Hətta azarkeşlərdən biri İsrafilovu klub tarixinin ən pisi oyunçusu adlandırıb. Digəri isə "Albasete"nin keçmiş idman direktoru Mauro Peresin İsrafilovla 4 illik müqavilə imzalandığı üçün təzminat ödəməli olduğunu yazıb.
Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ildən "Albasete"də çıxış edir. Komanda İspaniya Sequndasında 20 turdan sonra 15 xalla sonuncu - 22-ci pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol