Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu da növbəti matçına çıxıb.
Aue təmsilçisi səfərdə "Paderborn”a 1:2 hesabıyla uduzub.
Oyuna ehtiyatda başlayan Nazarov 84-cü dəqiqədə meydana buraxılıb.
15 tura 22 xala yığan "Ersgebirge” turnir cədvəlində 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.Az