"Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni A Seriyası çərçivəsində hazırda davam edən "Sassuolo" ilə oyunda (0:0) sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, o, oyunu davam etdirə bilməyərək matçın 19-cu dəqiqəsində Aaron Remsi ilə əvəzlənib. Avqust ayında "Şalke 04"dən icarəyə götürülən Makkenninin zədəsinin nə dərəcədə ciddi olduğuna ilkin müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Yuventus" 4,5 milyon avro qarşılığında icarəyə götürdüyü Uestonu 18,5 milyon avro ödəyərək tranfer etməyi planlaşdırır.
Fanat.Az