"Mançester Yunayted"in sabiq hücumçusu Dimitar Berbatov klubun yarımmüdafiəçisi Cessi Linqardla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Goal" bolqar veteranın söylədiklərini belə çatdırıb:
"Düzünü desəm, Linqardın "Mançester Yunayted" dönəmi sona çatıb. O, demək olar ki, oynamır. Cessinin özünü göstərmək, nə dərəcədə yaxşı olduğunu ortaya qoymaq şansı var idi. Məncə, şansından lazım olan səviyyədə faydalanmağı bacarmadı. Baş məşqçi Ule-Qunnar Sulşerin Linqarda güvənmədiyi göz qabağındadır. Mənə qalsa, Cessi MY-dən getməlidir. Ona daha çox oynaya biləcəyi yeni klub lazımdır".
Qeyd edək ki, 28 yaşlı Linqard bu mövsüm Premyer Liqa matçına çıxmayıb. Sulşer orta xətt oyunçusuna 2 Liqa Kuboku və 1 İngiltərə Kuboku görüşündə forma şansı verib.
Fanat.Az