"Sumqayıt" klubu qış fasiləsində daha bir transferini reallaşdıracaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Persianfootball" məlumat yayıb.
İran nəşrinin yaydığı xəbərə görə, "gənclik şəhəri" təmsilçisi İranın "Paykan" klubu ilə yollarını ayıran Höccət Haqverdi ilə anlaşıb.
28 yaşlı müdafiəçinin tezliklə "Sumqayıt"a qoşulaşacağı gözlənilir.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Neftçi"dən Cabir Əmirlini icarəyə götürüb. Komandada İrandan gətirilən Adəm Hətami və Əli Qurbani də çıxış edir. Qurbani milliləşdirilərək Azərbaycan yığmasına cəlb edilib.
Fanat.Az