Türkiyənin "Göztəpə” klubunun baş məşqçisi İlhan Palut istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komandanın uğursuz çıxışı buna səbəb olub.
Belə ki, mütəxəssis Superliqanın 18-ci turunda doğma meydanda "Antalyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra istefa qərarını rəhbərliyə çatdırıb.
Qeyd edək ki, ötən ilin qışından Palutin çalışdırdığı "Göztəpə” 19 xalla 14-cü pillədə qərarlaşıb.
Fanat.Az